Maldiv coğrafiyası
From Wikipedia, the free encyclopedia
Maldiv adaları (ދިވެހިރާއްޖެ, Dhivehi Raa’je), rəsmi adı Maldiv Respublikası (ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ) — Hind okeanının ekvatorial sularında, Şri-Lanka adasından təxminən 700 km cənub-qərbdə yerləşir. Hindistan yarımadası Maldiv adalarının 340 km-dədir. Ölkənin ümumi uzunluğu 750 km, eni isə 120 km-dir.[1] Ölkə 1196 mərcan adalarından ibarətdir. 26 atooldan ibarət iki adalar qrupu formalaşmış. Maldiv adalarının ən böyük adası Qan adasıdır.[2] Əksər adaları məskunlaşmayıb. Ölkə adalarının cəmi 200-də məskunlaşma var. Əhalisi təxminən 395 min nəfərdir. Ən yüksək sıxlıq Male şəhərindədir.
Cəld faktlar Qitə, Region ...
Maldiv coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region | Cənubi Asiya |
Koordinatlar | 3 ° 15'N, 73 ° 00'E |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 644 km |
Sərhədlər | Ada dövlətidir |
Ən yüksək nöqtə | 2,4 m Villingili |
Ən alçaq nöqtə | 0 m Hind okeanı |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla