Madura adası
From Wikipedia, the free encyclopedia
Madura adası (ind. Pulau Madura) — İndoneziyaya məxsus olan ada. Malay arxipelaqına daxildir. Yava adasından Madura boğazı ilə ayrılır. Adanın sahəsi 4250 km² təşkil edir. Maksimal hündürlüyü 471 metrdir. Ada 2013-cü il məlumatına görə əhalisinin sayı 3,7 milyon nəfərdir. Onların böyük əksəriyyəti maduralılardır. İnzibati cəhətdən Şərqi Yava vilayəti ərazisinə daxildir. Nisbətən iri taşayış məntəqləri — Pamekasan, Banqkalan, Samkanq, Sumenep. Adı çəkilən şəhərlər öz növbəsində adanın ərazisini əhatə edən dairələrin mərkəzidir. Adanın tarixi gəlir mənbəyi maldarlıq və duz hasilatıdır.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Madura adası | |
---|---|
ind. Pulau Madura | |
Ümumi məlumatlar | |
Sahəsi | 4250 km² |
Hündür nöqtəsi | 471 m |
Əhalisi | 3.739.614 nəfər (2013-cü il) |
Yerləşməsi | |
8°36′00″ c. e. 119°30′00″ ş. u. | |
Ölkə | İndoneziya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla