Məhəmməd Əmin Rəsulzadə
Azərbaycanlı ictimai-siyasi xadim / From Wikipedia, the free encyclopedia
"Rəsulzadə", "Məmməd Əmin" və "Məhəmməd Əmin" bura istiqamətləndirilir. Digər istifadə formaları üçün Rəsulzadə (dəqiqləşdirmə), Məmməd Əmin (dəqiqləşdirmə) və Məhəmməd Əmin (dəqiqləşdirmə) səhifələrinə baxın.
Məhəmməd Əmin Rəsulzadə[lower-alpha 1] (az-əbcəd. محمد امین رسولزاده; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918).
Cəld faktlar Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri, Əvvəlki ...
Məhəmməd Əmin Rəsulzadə | |
---|---|
| |
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri | |
27 may 1918 – 7 dekabr 1918 | |
Əvvəlki | Vəzifə təsis edildi |
Sonrakı | Vəzifə ləğv edildi Əlimərdan bəy Topçubaşov (Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sədri kimi) |
Müsavat Partiyasının başqanı | |
1911 – 6 mart 1955 | |
Əvvəlki | Partiya təsis edildi |
Sonrakı | Mirzə Bala Məmmədzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 yanvar 1884(1884-01-31) |
Doğum yeri | |
Vəfat tarixi | 6 mart 1955(1955-03-06) (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, jurnalist, tərcüməçi |
Həyat yoldaşı | |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.[1][2][3]