Mədəaltı vəzi
From Wikipedia, the free encyclopedia
Mədəaltı vəzi (lat. pancreas) — onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikibarmaq bağırsaq ilə dalaq arasında yerləşmişdir. Bunun uzunluğu 16-22 sm, eni 4 sm, qalınlığı 2 sm və çəkisi 70-80 qramdır. Pankreas üç hissəyə bölünür: sağ hissəsi - başı - (lat. caput pancreatis), orta hissə - cismi - (lat. corpus pancreatis) və sol hissəsi - quyruğu - (lat. cauda pancreatis).
Mədəaltı vəzi | |
---|---|
Latınca | Pancreas |
İltihabı | Pancreatitis |
Qrey | subyekt 251 1199 |
Sistem |
Həzm Endokrin |
Arteriya | lat. arteriae pancreaticoduodenalis superior et inferior, art. lienalis et art. gastroeoiploica sinistra |
Vena | lat. vena lienalis, vv. mesentericae sup. et inf., vv. colicae, v. gastrica sinistra, vv. pancreaticoduodenales et v. gastroepiploica sinistra |
Sinir | lat. plexus celiacus |
Limfa | lat. nodi lymphatici celiaci pancreaticoduodenales, pancreaticolienales |
MeSH | Pancreas |
Dorlands/Elsevier | Pancreas |
Vikianbarda əlaqəli mediafayllar |
Pankreasın başı sağ tərəfdən onikibarmaq bağırsağla əhatə olunmuşdur; aşağı və arxa ucu qarmaq kimi əyilərək qarmağabənzər çıxıntı - lat. processus uncinatus (pancreas Winslowi - BNA) adlanır və pankreas başının yerdə qalan hissəsindən lat. incisura pancreatis vasitəsilə ayrılır. Pankreasın başında iki səth vardır: ön səth - lat. facies anterior və arxa səth - lat. facies posterior. Pankreasın cismi üçüzlü prizmaya bənzəyir; bunun üç səthi vardır: 1) yəhərəbənzər ön səthi - lat. facier anterior mədəyə söykənir, 2) düz arxa səthi - lat. facies posterior birinci bel fəqərəsinin cisminə, qarın aortasına və aşağı boş venaya baxır və 3) nazik aşağı səthi - facies inferior köndələn cənbər bağırsağa vəacı bağırsaq ilgəklərinə söykənir. Bu səthlər bir-birindən üç kənar - lat. margo superior, anterior et inferior (margo posterior - BNA) vasitəsilə ayrılır. Pankreas cisminin ın səthi lat. caput pancreatis yaxınlığında piylik qabarı - lat. tuber omentale adlanan hündürlük əmələ gətirir. Pankreas quyruğu sol qabırğaaltı naviyədə yerləşmişdir və ucu dalağın qapısına, sol böyrəklə böyrəküstü vəziyə söykənir.