Müzəffərəddin şah Qacar
From Wikipedia, the free encyclopedia
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi.[1]
Cəld faktlar İran şahı, Əvvəlki ...
Müzəffərəddin şah Qacar | |
---|---|
fars. مظفرالدين شاه قاجار | |
1 may 1896 – 3 yanvar 1907 | |
Əvvəlki | Nasirəddin şah Qacar |
Sonrakı | Məhəmməd Əli şah Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 mart 1853(1853-03-23) |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1907(1907-01-03) (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Sülalə | Qacarlar |
Atası | Nasirəddin şah Qacar |
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla