Müqəddəs Pyotr meydanı
Vatikan dövlətinin ən məşhur meydanı / From Wikipedia, the free encyclopedia
Müqəddəs Pyotr meydanı (it. Piazza San Pietro, lat. Forum Sancti Petri) - Roma şəhərinin Borqo rayonunun qərbində yerləşən və Papa enklavı olan Vatikan şəhərində, Müqəddəs Pyotr bazilikasının düz qarşısında yerləşən geniş meydandır.
Cəld faktlar Ölkə, Yerləşir ...
Müqəddəs Pyotr meydanı | |
---|---|
Piazza San Pietro | |
41°54′07″ şm. e. 12°27′26″ ş. u. | |
Ölkə | Vatikan |
Yerləşir | Vatikan |
Aidiyyatı | Roma-Katolik kilsəsi |
Memar | Covanni Lorenso Bernini |
Tikilmə tarixi | 1656-1667 |
Üslubu | Barokko |
Vəziyyəti | yaxşı |
Rəsmi adı: Vatican City | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1984 |
İstinad nöm. | 286 |
Dövlət | Vatikan |
Region | Avropa |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Meydanın mərkəzində, həmin ərazidə 1586-cı ildə ucaldılmış Qədim Misir obeliski yerləşir. Obelisk elmi ədəbiyyatda Vatikan obeliski adı ilə məşhurdur. Ziyarətçiləri “Ana kilsənin qolları kimi qucaqlayan” dörd sütun dərinlikli Toskan sütunlarından ibarət kolonnada və meydan kilsənin inşasından təxminən 100 il sonra Bernini tərəfindən dizayn edilmişdir. 1675-ci ildə Bernini tərəfindən hazırlanmış fəvvarə isə meydanda yerləşən və 1613-cü ildə Karlo Maderno tərəfindən dizayn edilmiş digər fəvvarəyə uyğundur.