Müqəddəs Pyotr baldaxini
From Wikipedia, the free encyclopedia
Müqəddəs Pyotr baldaxini (it. Baldacchino di San Pietro) - Vatikandakı Müqəddəs Pyotr bazilikasının yüksək altarı üzərində yerləşən, baldaxin və ya kivori adlandırılan barokko stilində hazırlanmış böyük bürünc talvardır. Baldaxin, kafedralın keçid mərkəzi və qübbəsinin altında yerləşir. İtalyan sənətkarı Covanni Lorenso Bernini tərəfindən hazırlanmış baldaxin, kafedralın altında Müqəddəs Pyotrun məzarının yerini göstərmək məqsədi ilə sifariş edilmişdir. Talvarın altında bazilikanın yüksək altarı yerləşir. Papa VIII Urbanın sifarişi ilə[1] hazırlanmış baldaxin üzərində işə 1623-cü ildə başlanılmış və 1634-cü ildə tamamlanmışdır. Baldaxin bazilikada vizual fokus funksiyasını yerinə yetirir; özlüyündə çox böyük bir struktur olan baldaxin bazilikanın nəhəng ölçüləri ilə insan ölçüsü arasında keçid təşkil edir.
Müqəddəs Pyotr baldaxini | |
---|---|
it. Baldacchino di San Pietro | |
Ölkə | Vatikan |
Memarlıq üslubu | barokko |
Heykəltaraş | Covanni Lorenso Bernini |
Sifarişçi | VIII Urban |
Tikilib | təq. 1620 |
Hündürlüyü | 20 m |
Material | bürünc |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası |
Vikianbarda əlaqəli mediafayllar |