Müqəddəs İohann kilsəsi (Gəncə)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Müqəddəs İohann kilsəsi.
Müqəddəs İohann kilsəsi – Gəncə şəhərində yerləşən Alban Həvari kilsəsidir. Şəhərdə ən qədim və əsas alban kilsəsi olan Müqəddəs İohann kilsəsi 1633-cü ildə inşa edilmişdir.
Cəld faktlar Ölkə, Şəhər ...
Müqəddəs İohann kilsəsi | |
---|---|
erm. Սուրբ Հովհաննես եկեղեցի | |
40°40′10″ şm. e. 46°21′49″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | M.A.Abbaszadə küçəsi |
Tikilmə tarixi | 1633 |
Vəziyyəti | Gəncə Dövlət Filarmoniyasının Kamera zalı kimi istifadə olunur, fasadındakı kitabələr sökülüb. |
İstinad nöm. | 187 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Şəhərin qədim Kilsəkənd məhəlləsi (Gəncəçayın sağ sahili) ərazisində yerləşən Müqəddəs İohann kilsəsi üçnefli bazilika formasına malikdir. Kilsənin üzəri ikimeylli dam altında yerləşən yarımdairəvi tağtavanla örtülmüşdür. Tavan tağları üç cüt sütun üzərində dayanır.