Müəlliflik hüququ
From Wikipedia, the free encyclopedia
Vikipediya qaydası üçün baxın: Vikipediya:Müəlliflik hüquqları
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır.[1]