Lvov Opera və Balet Teatrı
Lvov şəhərində opera teatrı / From Wikipedia, the free encyclopedia
S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı (ukr. Львівський Національний академічний театр опери та балету імені Соломії Крушельницької) və yaxud Lvov Operası (ukr. Львівська оперa — Ukraynanın qərbində ən böyük şəhəri və həm Polşa, həm də Ukraynanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Lvovda yerləşən opera teatrı. Əvvəlcə su altında qalmış Poltva çayının keçmiş bataqlığında tikilmiş Lvov Operası indi Azadlıq prospektində, Lvovun tarixi hissəsində ağaclarla bəzədilmiş mərkəzində şəhərin Halıç rayonunda yerləşən binada məskunlaşıb. Opera binası YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısı daxildir.
S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı | |
---|---|
ukr. Львівський Національний академічний театр опери та балету імені Соломії Крушельницької | |
Ümumi məlumatlar | |
Əvvəlki adları |
Lvov Operası Böyük Teatr İvan Franko adına Lvov Dövlət Akademik Opera və Balet Teatrı |
Teatrın tipi | Musiqili |
Əsası qoyulub | 1897 |
Teatr binası | |
Memarlıq üslubu | Neointibah memarlığı, Memarlıqda eklektizm |
Açılıb | 1900[1] |
Tutumu | 1100 |
Heyət | |
Direktor | Tadey Eder |
Baş dirijor | Mixail Dutçak |
Baş xormeyster | Vasiliy Koval |
Yerləşməsi | |
49°50′38″ şm. e. 24°01′34″ ş. u. | |
Ölkə | |
Yerləşir | Lvov |
Ünvan | Ukrayna, Lvov şəhəri, Azadlıq prospekti, ev 28 |
opera.lviv.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatrın foyesindəki yazıya görə, bina 1897-1900-cü illər arasında tikilib. Bir neçə dəfə əsaslı təmir edilərək tarixi görkəmini saxlayıb. Əvvəlcə Lvov Avstriya-Macarıstan imperiyasının Qalisiya muxtar vilayətinin paytaxtı olarkən tikilmiş Lvov Operası əvvəlcə Hersoq Karl Lüdviq prospektinin sonunda yerləşirdi. Sonralar şəhər Polşaya daxil edildikdən sonra Böyük Teatr adlanıb. SSRİ dövründə teatr İvan Franko Lvov Dövlət Akademik Opera və Balet Teatrı kimi adlanırdı. Teatr 1956-cı ildə anadan olmasının yüzilliyində şəhərin məşhur şairi və siyasi fəalı İvan Frankonun şərəfinə adlandırılmışdı. 2000-ci ildə Lvov Operası, bu dəfə şəhərin tanınmış sakinlərindən biri, XX əsrin əvvəllərində tanınmış soprano Solomiya Kruşelnitskanın adı ilə adlandırılıb.