Loki (teleserial)
From Wikipedia, the free encyclopedia
"Loki" (ing. Loki) – Maykl Uoldronun Disney+ striminq xidməti üçün yaratdığı və Marvel Comics-in eyniadlı personajına əsaslanan Amerika serialıdır.. O , "Marvel Kinematoqrafiya Kainatı" (MKK) media franşizasında qurulub və birbaşa franşizadakı filmlərlə əlaqəlidir. Serialın hadisələri Loki-nin alternativ versiyasının yeni bir zaman xətti yaratdığı "Qisasçılar: Final" (2019) filmində başlayır. Loki Marvel Studios tərəfindən istehsal edilmişdir. Serialın baş ssenaristi Maykl Uoldron, birinci mövsümün rejissoru isə Keyt Herron olub.
Loki | |
---|---|
ing. Loki | |
| |
Janr | superqəhrəman filmləri, elmi fantastika filmi, cinayət filmi, fentezi |
Əsaslanır | Marvel Comics |
Rejissor | Keyt Herron |
Prodüser | Kevin Feaige |
Yaradıcısı | Maykl Uoldron |
Rollarda |
Tom Hiddlston Ququ Mbata-Rou Ouen Vilson Sofiya Di Martino Cek Vil |
Bəstəkar | Natali Holt |
İstehsalçı ölkə | ABŞ |
İl | 2021 |
Studiya | Marvel Studios |
Dil | İngiliscə |
İlk çıxış tarixi | 9 iyun 2021 |
Rəng | rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 6 |
Seriya vaxtı | 42-54 dəqiqə |
Davametmə müddəti | 48 ± 6 dəq. |
IMDb | ID9140554 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tom Hiddlston film seriyasındakı Loki rolunu yenidən canlandırır. Həmçinin əsas rollardan birini Ouen Vilson ifa edir. 2018-ci ilin sentyabr ayına qədər Marvel Studios Disney+ üçün Loki seriyası da daxil olmaqla MKK filmlərinin ikincidərəcəli personajlarına diqqət yetirən bir neçə mini-serial hazırlayırdı. Bu mini-serial 2019-cu ilin noyabrında, həmçinin Hiddlstonun iştirakı ilə təsdiqləndi. 2019-cu ilin fevral ayında Uoldron işə götürüldü və Herron həmin ilin avqustunda qoşulub. Çəkilişlər 2020-ci ilin yanvarında Atlanta, Corciya şəhərində başladı, lakin COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martında dayandırıldı. İstehsal 2020-ci ilin sentyabrında bərpa olunub və dekabrda başa çatdırılıb.
"Loki" nin premyerası 9 iyun 2021-ci ildə keçirilib və ilk mövsüm altı epizoddan ibarətdir. Bu, MKK-nin dördüncü mərhələsinin bir hissəsidir. Birinci mövsüm aktyor oyununu və vizual həlləri tərifləyən tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. İkinci mövsüm inkişaf mərhələsindədir.