Livanda vətəndaş müharibəsi
From Wikipedia, the free encyclopedia
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000–230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976–90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi. İsrail, Cənubi Livanı işğal etdi və Suriya əvvəlcə xristianlar lehinə vətəndaş müharibəsinə daxil oldu və problem bəynəlxalq bir ölçü qazandı. Suriya və İsrail problemləri Livan üzərindən davam etdi. 1980-ci illərdə tərəflər xarabay çevrilən Beyrutun təmiri üçün səy göstərdi.
Livan vətəndaş müharibəsi | ||||
---|---|---|---|---|
| ||||
Tarix |
13 aprel 1975 – 13 oktyabr 1990 (15 il, 6 ay) (Suriya işğalı, 30 aprel 2005-ci ilə qədər davam etdi.) |
|||
Yeri | Livan | |||
Nəticəsi |
• Taif müqaviləsi • FAT ölkədən çıxardıldı. • Şimali Livan Suriya hakimiyyətinə daxil oldu. • Cənubi Livan uzun müddət İsrail işğalı altında qaldı. |
|||
Münaqişə tərəfləri | ||||
|
||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
1989-cu ildə Taif Müqaviləsi imzalandı və qarşıdurmalar sona çatdı. 1990-cı il yanvar ayında Ərəb Dövlətləri Liqası, Küveyt başçılığında Səudiyyə Ərəbistanı, Əlcəzair və Mərakeş təmsilçilərindən ibarət olan bir komissiya qurdu. Həmin vaxt 31 yanvar 1990-cı ildə Livan Cəbhəsi və Livan Ordusu təkrar atəşkəsi pozdular. Livan Cəbhəsi Beyrutda şiddətli hücumlar təşkil etdi və ilərilədi. 1990-cı il avqust ayında Livan Parlamenti baş nazir Mişel Aunnun Taif Müqaviləsini pozduğunu və yeni bir nazirin seçilməsi qərarını aldı. 13 oktyabr 1990-cı ildə Suriyə ordusu son böyük əməliyyatı etdi. Hava qüvvələri və livanlı müttəfiqləriylə Auna hücum etdi. Aun Prezident sarayı ətrafında sıxışdırıldı və yüzlərlə dəstəkçisi öldürüldü. Aun Beyrutdakı fransız səfirliyinə sığındı və ardıyca da Fransaya qaçdı.
1991-ci il mart Livan Parlamenti bir əfv qanunu çıxartdı və bütün siyasi günahkarlar sərbəst qaldı. 1991-ci il may ayında əksəriyyəti Hizbullah xadimlərindən ibarət olan silahlı qüvvələrlə Livan Ordusu təkrar yaradıldı. Həmin vaxt şiddət az olsa da, yenə də davam edirdi. 1991-ci il dekabr ayında müsəlmanların sıx məskunlaşdığı Basta kəndində bir bombalı nəqliyyat vasitəsi partladıldı. Aralarında əvvəlki nazir Şəfiq Vəzzanın da olduğu təxminən otuz nəfər öldü və 120 nəfər yaralandı. Müharibədən sonrakı müddətdə Suriyənin Livan üzərindəki təsiri artdı və xristian liderlər sürgün, sui-qəsd və ya məhkumiyyət yolu ilə siyasi ləğv edildilər.