Leoqanq dağları
From Wikipedia, the free encyclopedia
Leoqanq (alm. Leoganger Steinberge) ― Avstriyanın Salzburq torpağında şərqi Alp dağlarının bir hissəsini təşkil edən dağ silsiləsi. Dağlar Lofer vadisi, Zalfelden şəhəri və Leoqanq bələdiyəsi arasında yerləşir və Lofer dağları ilə birlikdə şimal-qərbdə iki dağ massivi meydana gətirir. Lakin şərqi Alp dağlarının təsnifatına əsasən Leoqanq və Lofer vahid alt qrup olaraq təyin edilmişdir. Leoqanq dağları cənubda Kitzbühel dağlarında, şərqdə isə Staynernes-Mir platosundan dərin kəsikli vadilərlə ayrılmşdır. Dağlar üçün tipik xüsusiyyət dik tərəfləri və kəskin konturlu hündür sirkləri olan yüksək yaylalardır.
Leoqanq dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.634 m |
Yerləşməsi | |
47°28′04″ şm. e. 12°44′04″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tipik karst dağlarında olduğu kimi Leoqanq dağlarında da çoxsaylı mağaralar mövcuddur. Bunlardan ən məşhuru 50 kilometrdən çox uzunluğu olan Lamprextsofen mağarasıdır. Mağara Lofer və Zalfelden arasındakı federal yolun dərhal kənarında yerləşir. Ərazidəki əhəmiyyətli süxur formalaşması Birnhorn zirvəsinin cənub yamacındakı Melkerloçdur.
Dağın ən hündür nöqtəsi 2 634 metr hündürlüyündəki Birnhorndur. Dağın qərbində Avstriya Silahlı Qüvvələrinə məxsus Hoçfilzen hərbi təlim zonası yerləşir.