Leave Me Alone
From Wikipedia, the free encyclopedia
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır.
Leave Me Alone | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi |
13 fevral 1989 (ABŞ-də yayımlanmayıb) |
|||
Format | sinql | |||
Janr | fank, R&B, rok | |||
Dil | ingilis dili | |||
Müddət | 04:40 (albom/sinql versiyası) | |||
Prodüser | Maykl Cekson və Kuinsi Cons | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir. Musiqi videosunda Cekson haqqında yayılan müxtəlif şaiyələr komik şəkildə lentə alınıb. Həmin klip 1990 – cı ildə "Ən Yaxşı Qısa Musiqi Videosu" kateqoriyasında Qremmi mükafatına layiq görülmüşdür.