Labanoras Regional Parkı
From Wikipedia, the free encyclopedia
Labanoras Regional Parkı (lit. Labanoro regioninis parkas) — Litva ərazisində yerləşən regional park. Park Vilnyüs şəhərindən 80 km şimal-şərqdə yerləşir. Park Şvençenski, Moletski və Utenski rayonlarının ərazisini əhatə edir. Parkın inzibati mərkəzi Labanoras şəhərində yerləşir. Regional park 1992-ci ildə yaradılıb. Ərazidə əsasən meşə landşaftı, göl və təbii ekosistem qorunur[1]. Ölkənin ən böyük regional parkının sahəsi 55 344 hektardır[2][3]. Labanoras parkı şimal-şərqindən Aukştaytiya Milli Parkı ilə həmsərhəddir.
Cəld faktlar BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya), Sahəsi ...
Labanoras Regional Parkı | |
---|---|
lit. Labanoro regioninis parkas | |
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya) | |
Sahəsi | 553,44 км² |
Yaradılma tarixi | 1992 |
Yerləşməsi | |
55°13′ şm. e. 25°44′ ş. u. | |
Ölkə | Litva |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla