Lənkəranın işğalı (rus. Штурм Ленкорани, Ştrum Lenkorani) və ya Lənkəran yürüşü (fars. یورش به لنکران, Yureş be Lankaran) — 1 yanvar 1813-cü ildə Rusiya imperiyası əsgərlərinin Talış xanlığının paytaxtı Lənkəran şəhərini ələ keçirməsi. Bu hərbi münaqişə qəddarlığına və amansızlığına görə fərqlənir.
Cəld faktlar Tarix, Yeri ...
Lənkəranın alınması |
---|
Rusiya-İran müharibəsi (1804–1813) |
Rus qoşunları Lənkəran qalasına hücum edərkən, 13 yanvar 1813-cü il |
Tarix |
1 (13) yanvar 1813 |
Yeri |
Talış xanlığı, Qacarlar (Cənubi Qafqaz) |
Nəticəsi |
Rusiya İmperiyasının qələbəsi ilə nəticələnmişdir |
|
|
- 1761
- onlardan:
* 6 heyət rəhbəri * 57 baş zabit * 131 zabit * 37 musiqiçi * 1530 əsgər
|
|
|
|
|
Bağla
Ərazinin top atəşənə tutulduğu beş günlük mühasirədən sonra ruslar Qacar qoşunlarının üstünlüyünə baxmayaraq qalaya hücum etdilər. Sərkərdələrin və əsgərlərin əksəriyyətinin öldürüldüyü mühasirədə ağır itkilərə məruz qalsalar da, ruslar qalanı alaraq Lənkəranı işğal etdilər.
Qala ələ keçirildikdən sonra Qacar ordusunun bütün əsgərləri rus ordusu tərəfindən qətlə yetirildi və ruslar heç kimi əsir götürmədilər. General Kotlyarevski özü mühasirə zamanı ağır yaralandı və bundan sonra döyüşlərdə iştirak edə bilmədi, Qacar canişini Sadiq Xan qalaya hücum zamanı öldürüldü. Mühasirə zamanı Rusiyanın 296 nəfərdən təşkil olunan 17-ci yeger alayından cəmi 74 nəfər sağ qalmışdı.[1]