Kulminasiya (ədəbiyyat)
From Wikipedia, the free encyclopedia
Kulminasiya (lat. culmen; mənası – "zirvə") — ədəbiyyatda hadisələrin inkişafında ən gərgin an. Kulminasiya nöqtəsi əsərin süjetində təsvir olunan konfliktin şiddətini ortaya qoyur. Kulminasiya ən yaxşı işlənmiş halda epik və dramatik janrdakı əsərlərdə olur. Məsələn, Kolas Yakubun "Gənc palıd" əsərində kulminasiya nöqtəsi Andrey Plexinin malikanənin meşəsindəki oğurluq hadisəsini meşəçiyə etiraf etdiyi səhnədir.
Böyük formada olan əsərlərdə hər hekayə xəttinin kulminasiyası var.