Kokos adası
From Wikipedia, the free encyclopedia
Kokos (isp. Isla del Coco) — Sakit okeanda yerləşən ən böyük kimsəsiz adalardan biri. Kosta-Rika dövlətinə məxsus olub Puntarenas əyalətinin tərkibinə daxildir[1]. Ada ölkənin qərb sahillərindən 600 km-lik məsafədə yerləşir. Kokos adasına ən yaxın arxipelaq cənub-qərbdə yerləşən Qalapaqos adalarıdır[2]. Əyər kənar adalar nəzərə alınarsa Şimali Amerikanın ən ucaq cənub nöqtəsi Kokos adası hesab olunmalı[3]. Kokos adasını əhatə edən okean sularında ekvatoryal əkscərayanı hakimdir. Bu bölgə akvalaqçıların sevimli məkanıdır. Ada sularında çəkic balıq, delfin və skatlar üstünlük təşkil edir[4]. Bəzi əfsanələrə görə Kokos adasında böyük xəzinə gizlədilmiş[5]. 2006-cı ildə Kosta-Rikada keçirilən prezident seçkiləri zamanı Kokos adasında seçki məntəqəsi yaradılmış. Kokos pitəsinin adı üzərində yerləşən Kokos adasının adından götürülüb[6].
Kokos | |
---|---|
isp. Isla del Coco | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 23,85 km² |
Uzunluğu | 8 km |
Eni | 3 km |
Hündür nöqtəsi | 771 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
6°31′08″ şm. e. 87°04′18″ q. u. | |
Ölkə | Kosta-Rika |
Vilayət | |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Cəngəlliklərlə örtülü adanın fauna və florası qorunma altındadır[7]. 1997-ci ildə YUNESKO Kokos adasını Ümumdünya irsi olan obyektlər sırasına daxil etmiş[8].