Kimya üzrə "Nobel" mükafatı
From Wikipedia, the free encyclopedia
Nobel Kimya mükafatı - Kimya elmində vacib kəşflər etmiş alimlər üçün nəzərdə tutlmuşdur.[1]
Kimya üzrə Nobel Mükafatı (isveç. Nobelpriset i kemi ) kimya sahəsində elmi nailiyyətlərə görə hər il Stokholmda İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən ən yüksək mükafatdır. Mükafat laureatlarına namizədlər Kimya üzrə Nobel Komitəsi tərəfindən irəli sürülür. Mükafat 1895-ci ildən isveçli kimyaçı Alfred Nobelin (ölüb 1896) vəsiyyəti ilə təsis edilən beş mükafatdan biridir, kimya, fizika, ədəbiyyat, fiziologiya və tibb sahələrində görkəmli nailiyyətlərə və sülhə verdiyi töhfələrə görə verilir.
Kimya üzrə ilk Nobel mükafatı 1901-ci ildə hollandiyalı Jacob Hendrik van't Hoffa verilib. Hər bir laureata medal, diplom və pul mükafatı verilir, bu mükafatların məbləği illər ərzində dəyişir. Mükafat Stokholmda, Nobelin ölümünün ildönümündə, dekabrın 10-da keçirilən illik mərasimdə verilir.