Kan-i-Qut mağarası
From Wikipedia, the free encyclopedia
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhf edilmiş filiz» adlandırılmış.
Cəld faktlar Ümumi məlumatlar, Dərinliyi ...
Kan-i-Qut | |
---|---|
qırğ. Кан-и-Гут | |
Ümumi məlumatlar | |
Dərinliyi | 103 m |
Uzunluğu | 3155 m |
Sahəsi | 89165 m² |
Kəşf tarixi | I əsr |
Tipi | karst |
Giriş sayı | 9 |
Yerləşməsi | |
40°00′46″ şm. e. 70°20′47″ ş. u. | |
Ölkə | Qırğızıstan |
Vilayət | |
Bağla
Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir».[1]