Kaliforniya
ABŞ-da ştat / From Wikipedia, the free encyclopedia
Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır.[1]
Kaliforniya ing. California | |||||
---|---|---|---|---|---|
Ştat | |||||
| |||||
Təxəllüsü: Qızıl ştat | |||||
Şüarı: Evrika | |||||
Himni: I Love You, California | |||||
Rəsmi dil | İngilis dili | ||||
Danışılan dillər | İngilis dili (57.4%) İspan dili (28.5%) Çin dili (2.8%) Taqal dili (2.2%) Vyetnam dili (1.43%) | ||||
Paytaxtı | Sakramento | ||||
Ən iri şəhəri | Los-Anceles | ||||
Ən iri metropoliteni | Böyük Los-Anceles | ||||
Ərazisi | 3cü (ABŞ üzrə) | ||||
• Ümumi | 163,696 mil² (423,970 km2) | ||||
• Eni | 250 mil (400 km) | ||||
• Uzunluğu | 760 mil (1220 km) | ||||
• % su | 4.7 | ||||
• En dairəsi | 32° 32′ Ş - 42° Ş | ||||
• Uzunluq dairəsi | 114° 8′ Q - 124° 26′ Q | ||||
Əhalisi | 1ci (ABŞ üzrə) | ||||
• Ümumi | 39,185,605 (2022) | ||||
• Sıxlıq | 251.3/mil² (97.0/km2) 11ci (ABŞ üzrə) | ||||
• Təsərrüfatın Orta Gəliri | $78,700 (5ci) | ||||
Yüksəklik | |||||
• Maksimal yüksəklik | Vitni dağı 14,505 ft (4,421.0 m) | ||||
• Orta yüksəklik | 2,900 ft (880 m) | ||||
• Minimal yüksəklik | Bəduoter hövzəsi -290.0 ft (-85.0 m) | ||||
Ştatlıqdan Əvvəl | Kaliforniya Respublikası | ||||
İttifaqa qəbul | 9 sentyabr, 1850 (31-ci) | ||||
Qubernator | Qavin Nyusm (D) | ||||
Leytenant-qubernator | Eleni Kounalakis (D) | ||||
Qanunverici hakimiyyət | Ştat Qanunverici Hakimiyyəti | ||||
• Yuxarı Palata | Senat | ||||
• Aşağı Palata | Ştat Assambleyası | ||||
ABŞ Senatorları | Dayana Faynstayn (D) Aleks Padilla (D) | ||||
ABŞ Palata nümayəndələri | 39 Demokrat 14 Respublikaçı (siyahı) | ||||
Saat qurşağı | Pasifik UTC -8/-7 | ||||
ISO 3166 | US-CA | ||||
Abbreviatura | CA | ||||
Rəsmi saytı | ca.gov |
Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-Xose və San-Fransiskodur.
Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur.
Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır. Tək Kaliforniyanın iqtisadiyyatı Rusiyanın bütün iqtisadiyyatından daha böyükdür.[2] Əgər Kaliforniya ayrıca dövlət olsaydı, onda o əhalisinin sayına görə dünyada 35-ci, ərazi böyüklüyünə görə dünyada 59-cu sırada dayanardı, ÜDM həcminə görə isə 8-ci yerdə olardı.