Kadeş müqaviləsi
From Wikipedia, the free encyclopedia
Kadeş müqaviləsi və ya Misir-Het sülhü — eramızdan əvvəl XIII əsrin əvvəlində Misir hökmdarı II Ramzeslə Het hökmdarı Hattuşili arasında imzalanan Kadeş sülhü yazılı tarixdə məlum olan ilk sülh müqaviləsi kimi önəmli yer tutur.
Kadeş müqaviləsi | |
---|---|
| |
Yaranıb | e.ə 1259 |
Tarixi | 1828 (misir) və 1906 (het) |
Saxlanılır | |
Vikianbarda əlaqəli mediafayllar |
Sülh Akkad və Misir dillərində imzalanmışdı. Gümüş lövhə üzərində akkadca cızılan mətn Misirə göndərilmiş, lakin indiyədək o nümunə tapılmamışdır. Lövhə daha sonra Misir dilinə çevrilərək Karnakdakı məbəd divarlarına həkk edilmişdir. Eyni mətnin nümunələri Göbəşyeyən kəndində arxivində tapılmışdır. Bir növ hücum etməmək haqqında bağlanan sülhə görə, hər iki başçı bir-birilərinə qarşı daha savaşmayacaq və lazım gələrsə, ümumi düşmənə qarşı müttəfiq olacaqdı. Günahkarların öz ölkələrinə geri qaytarılması məsələsində də razılığa gəlinmişdi. Bu anlaşmanın Misir və Het nümunələrinin tapılması qədim dövr tarixşünaslığının ən gözəl tapıntılarından sayılır. Sülh müqaviləsi, böyük ehtimal ki, ortaq bir komissiyanın fəaliyyəti nəticəsində ərsəyə gəlmiş və ilk təklifin Het hökmdarından gəldiyi düşünülür. Hattuşili Ramzesə yazırdı: "Qardaşım üçün gümüş lövhə hazırlatdım və ona göndərdim. Sən də gümüş lövhə hazırlat və mənə göndər". Ramzesin Mira hökmdarına yazdığa məktubda isə "Mən dostumla and içdim, ona qarşı savaşda sənə yardım edə bilmərəm" ifadəsi işlənmişdi. III Hattuşili isə Kadaşman-Enlilə "Misir hökmdarı ilə mən qardaş olduq və bu qərarı verdik: Biz qardaşıq və bunun üçün düşmənə qarşı birlikdə savaşacaq və dosta qarşı da birgə dost olacağıq", — deyə yazmışdır.
Başqa bir fikrə görə, yazılı tarixdə ilk müqavilə Akkadla Elam arasında imzalanmışdır. Həmin müqavilənin də şərtləri eynilə bunun kimi sadə və lakonik idi: "Dostun dostumdur, düşmənin düşmənim!"[1]
Kadeş müqaviləsi, eramızdan əvvəl 13-cü əsrin əvvəllərində Kadeş döyüşünə son qoyan Misir fironu II Ramzes və Het kralı III Hattuşili arasında bəzi mənbələrə görə e.ə. 1285-ci ildə, bəzi mənbələrə görə e.ə. 1280-ci ildə, bəzi mənbələrə görə isə e.ə. 1289-cu ildə bağlanmış və Suriya ərazilərinin yenidən bölüşdürülməsi ilə nəticələnmiş sülh müqaviləsidir.
Yaxın Şərqdə imzalanan ilk müqavilə xüsusiyyətinə malikdir. Bu, indiyə qədər qeydə alınmış ən qədim beynəlxalq müqavilə olsa da, daha qədim müqavilələrin mövcudluğu da sübut edilmişdir. Əvvəlcə Akkad dilində yazılmış, sonra isə Misir dilinə və Het dilinə də kopyalanan və bərabər şərtlərlə imzalanmış müqavilənin gil tabletdən surəti, 1906-cı ildə Het dövlətinin paytaxtı olan Xattusa (Boğazköy) şəhərindəki qazıntılar nəticəsində tapılmışdır.