Kürdhacı
Laçın rayonunda kənd / From Wikipedia, the free encyclopedia
Kürdhacı — Azərbaycan Respublikasının Laçın rayonunun eyni adlı inzibati ərazi dairəsində kənd və həmin ərazi dairəsinin mərkəzi.[1]
Kənd | |
Kürdhacı | |
---|---|
| |
39°49′35″ şm. e. 46°24′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları |
Qasımuşağı Qurdqajı |
Yaşayış məntəqəsi statuslu | İnzibati ərazi dairəsi |
Mərkəzin hündürlüyü | 1741 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 566 nəfər (2009-cu il) |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Nəqliyyat kodu | 041 |
Vikianbarda əlaqəli mediafayllar |
Oğuz türklərinin tanınmış boylarından, Salur boyunun təkə-türkmən tayfasının bir qolu olan Qasımuşağı tayfasının tarixi və mərkəzi məskənlərindən biridir. Qarabağ xanlığı dövründə Hacısamlı nahiyəsinin Qasımuşağı obasının, Sovet dönəmində 1923-cü ildən 1929-cu ilə qədər ərazidə təşkil edilmiş 6 dairədən biri, SSRİ-nin sonrakı dövründə Kürdhacı kənd sovetliyinin, hazırda Kürdhacı kənd inzibati ərazi dairəsinin mərkəzidir (18 oktyabr 1991-ci ildən). Respublikanın yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 1741 metr) olmasına baxmayaraq, 1920-ci illərin ilk dövrlərindən kənddə məktəb, xəstəxana və digər ictimai və sosial binalar yenidən qurulmuşdur. Həmçinin, toxuculuqda sıx, hündür və yumşaq xovlu xalçalar istehsal edən, yerləşdiyi coğrafi məkanda ən zəngin etnoqrafik dəyərləri özündə yaşadan yaşayış məntəqəsidir.