Köln kral salnaməsi
From Wikipedia, the free encyclopedia
Köln kral salnaməsi (lat. Chronica regia Coloniensis, alm. Die Kölner Königschronik) — XII-XIII əsrlərdə latın dilində yazılmış genişhəcmli tarixi əsər. Mətnində bəzi fərqlər olan bir neçə əlyazması müasir dövrədək gəlib çatmışdır.
Salnamədə Almaniyanın tarixi, bəzi digər ölkələrin tarixinə dair çoxsaylı məlumatlar, xaç yürüşlərinin və bidətlə mübarizənin təsviri, həmçinin müxtəlif möcüzəvi hadisələr barədə hekayələr yer alır. Salnamənin əsas hissəsi 689-1175-ci illər arasındakı dövrü əhatə edir. Salnamənin altı davamı var və hadisələrin təsviri 1314-cü ilədək uzanır.