Kökbaşlılar
From Wikipedia, the free encyclopedia
Kökbaşlılar (lat. Rhizocephala) — bığayaqlı xərçənglər infrasinfinə aid dəstəüstü. Yengəc, krevetka va abdal xərçənglərin daxili parazitidir. Əsasən dənizlərdə yaşayır. Quruluşu sadədir. Suda sarbəst üzən nauplius və siprisşəkilli sürfələri var. Bəzi növləri hermafroditdir. Sahibin bədəninə qarmaqla yapışır. Sakkulina tipik nümayəndəsidir.