Köhnə Müqəddəs Pavel kafedralı
From Wikipedia, the free encyclopedia
Köhnə Müqəddəs Pavel kafedralı (ing. Old St Paul’s Cathedral) — 1666-cı ilə kimi müasir London şəhərindəki Müqəddəs Pavel kafedralının yerində mövcud olmuş kafedral kilsə. Ladqeyt-Hilldə inşa edilmiş dördüncü kilsə binası olduğu ehtimal edilir[1].
Köhnə Müqəddəs Pavel kafedralı | |
---|---|
ing. Old St Paul's Cathedral | |
| |
51°30′49″ şm. e. 0°05′53″ q. u. | |
Ölkə | Birləşmiş Krallıq |
Status | dağılıb və yerində Müqəddəs Pavel kafedralı inşa edilib |
Şəhər | London |
Aidiyyatı | Anqlikan kilsəsi |
Memar | Ser Kristofer Ren |
Tikilmə tarixi | 1087–1314 |
Üslubu | Qotik memarlıq |
Hündürlüyü | 150 metr |
Uzunluğu |
|
Qüllələri | 1 |
Vəziyyəti | Dağılıb |
Vikianbarda əlaqəli mediafayllar |
İnşasına 1087-ci ilin yanğınından sonra başlanmış kafedralda tikinti işləri iki yüz ildən artıq bir müddətdə davam etmiş, 1135-ci ilin yanğını isə işlərin yubanmasına səbəb olmuşdur. 1240-cı ildə kilsəyə xeyir-dua verilmiş, 1256 və 1300-cü illərin əvvəllərində kilsədə genişləndirmə işləri aparılmışdır. XIV əsrdə tikintisi tamamilə yekunlaşmış Müəddəs Pavel kafedralı dünyanın ən uzun kilsələrindən biri olmaqla, ən hündür qüllələrdən biri ilə tamamlanmış və dünyanın ən gözəl vitrajları ilə bəzədilmişdir.
Müqəddəs Erkonvaldın kafedralda yerləşən məzarı hər il zəvvarları özünə cəlb edir[2], kafedral isə London yepiskopluğunun mərkəzi olmaqla yanaşı həm də şəhərin ictimai həyatında aktiv iştirak edirdi; xüsusilə kafedral nefi və Müqəddəs Pavel promenadı iş danışıqları üçün etibarlı mərkəz və söhbət yeri olmuşdur. Reformasiyadan sonra, kilsə həyətində "Müqəddəs Pavel kəsişməsi" adlandırılan kafedra, radikal müəzzinlərin çıxış yeri və protestant ədəbiyyatının satış məkanı rolu oynamağa başlamışdır.
1600-cü illərdin əvvəllərində kafedral baxımsız hala düşmüşdü. 1620-ci ildə İniqo Cons tərəfindən başlamış restavrasiya işləri, İngiltərə Burjua İnqlabına (1642–1651) görə yarımçıq saxlanılır. Ser Kristofer Renin başladığı növbəti restavrasiya prosesi zamanı, 1666-cı ilin Böyük London yanğını kafedralı tamamilə məhv edir. Ren onun qalıqlarını sökərək yerində tamamilə yeni kafedral inşa edir və həmin kafedral bu günə kimi qalmaqdadır.[3]