I İzabella (Kastiliya kraliçası)
From Wikipedia, the free encyclopedia
Kastiliyalı I İzabella (isp. Isabel I la Católica; 22 aprel 1451[1][2] – 26 noyabr 1504[2]) — Kastiliya və Leon kraliçası, Araqon kralı Ferdinandın xanımı, Araqon kraliçası.
I İzabella | |
---|---|
isp. Isabel I la Católica | |
11 dekabr 1474 – 26 noyabr 1504 | |
Əvvəlki | IV Henri |
Sonrakı | Kastiliyalı Yuanna |
20 yanvar 1479 – 26 noyabr 1504 | |
Əvvəlki | Yuanna Enrikes |
Sonrakı | German de Foks |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 aprel 1451[1][2] |
Vəfat tarixi | 26 noyabr 1504[2] (53 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | Kastiliyalı II Xuan[4] |
Anası | Portuqaliyalı İzabella[4] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Trastamar sülaləsi |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Taxt uğrunda apardığı mübarizənin ardından İzabella hökumət sistemini yenidən tənzimlədi və krallığın qardaşı dönəmindən qalan borclarını azaltdı. 1469-cu ildə Ferdinandla baş tutan evliliyi bugünkü İspaniyanın yaranmasına şərait yaratdı.
İzabella və Ferdinand rekonkista əməliyyatını tamamladıqları, İspaniyadakı müsəlman və yəhudiləri sürgün etdikləri, Xristofor Kolumbun 1492 səfərini dəstələdikləri və maliyyələşdirdikləri ilə tanındılar. İzabella və əri Ferdinand Papa VI Aleksandr tərəfindən "Katolik monarx" ünvanı aldılar və 1974-cü ildə Roma-Katolik kilsəsi tərəfindən "Tanrının xidmətçisi" olaraq elan edildilər.