II Filipp (İspaniya kralı)
From Wikipedia, the free encyclopedia
II Filipp (d. 21 may 1527 — ö. 13 sentyabr 1598) — İspaniya, Portuqaliya, Neapol və Siciliya, İngiltərə və İrlandiya (de-yure) kralı, Milan hersoqu və 17 Niderland əyalətinin lordu.
II Filipp | |
---|---|
isp. Felipe II | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 may 1527[1][2] |
Vəfat tarixi | 13 sentyabr 1598(1598-09-13)[3][2][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Atası | V Karl[5] |
Anası | Portuqaliyalı İzabella[5] |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlla Portuqaliya şahzadəsi İzabellanın oğlu olan Filipp cütlüyün ilk övladı olaraq Valyadolid əyalətindəki Pimentel sarayında dünyaya gəldi. İdarəsindəki imperiya yaşadığı dönəmdə məlum olan bütün qitələri əhatə edirdi. Onun səltənətində İspaniya özünün qızıl dövrünü yaşadı.
Səltənəti dönəmində fərqli zamanlarda 5 dəfə maliyyə böhranı yaşandı və hökumət iflas etdi. Bunun əsas səbəblərindən biri isə 1581-ci ildə Hollandiyanın müstəqilliyini qazanması və ticarət limanlarının ispanların əlindən çıxması oldu. 31 dekabr 1584-cü ildə Filipp Quiza hersoqu I Henriylə katolik dünyasının lideri olaraq Convil sülhünü imzaladı. Nəticədə Fransadakı kalvinistlərlə mübarizədə özünə müttəfiq qazandı. Dindar bir katolik olan Filipp özünü Osmanlı imperiyası və protestanlara qarşı katolik dünyasının qoruyucusu olaraq görürdü. 1588-ci ildə protestant İngiltərə kraliçası I Elizabeti devirmək və bölgəni işğal etmək məqsədilə güclü bir donanma qursa da, bu donanma şimali Fransa sahillərində məğlub edildi. Döyüşdən qaçan az saydakı gəmi isə çıxan fırtınada darmadağın oldu.