III Lüdviq (Bavariya kralı)
From Wikipedia, the free encyclopedia
III Lüdviq (alm. Ludwig III) — Bavariya krallığının son monarxı. 7 yanvar 1845 – 18 oktyabr 1921-ci illərdə Bavariya kralı olmuşdur. Əvvəlcə Bavariya ordusunda leytenant kimi xidmət etmiş və Avstriya-Prussiya müharibəsi zamanı oberleytenant rütbəsini almışdı. 18 yaşında Bavariya qanunverici orqanının üzvü olmaqla siyasətə qədəm qoyub və seçki islahatlarını dəstəkləyərək siyasətin fəal iştirakçısı olub. Daha sonra o, 1912-ci ildən 1913-cü ilə qədər qəyyum və faktiki dövlət başçısı vəzifəsində çalışmış, xəstə olan əmisi oğlu Ottonun əvəzinə dövləti idarə etmişdir. Bavariya parlamenti ona bunu etməyə icazə verən qanunu qəbul etdikdən sonra Lüdviq Ottonu taxtdan saldı və taxta özü oturdu. O, I Dünya Müharibəsi zamanı Bavariyaya rəhbərlik edirdi.
III Lüdviq | |
---|---|
Ludwig III | |
5 Noyabr 1913 – 13 Noyabr 1918 | |
Baş nazir | Georq fon Hertlinq Otto Ritter fon Dandl |
Əvvəlki | Otto |
Sonrakı | Monarxiya ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Münhen, Bavariya krallığı |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Şarvar, Macarıstan krallığı |
Dəfn yeri | Münhen kafedralı, Bavariya, Almaniya |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Şahzadə Luitpold |
Anası | Avqusta Ferdinanda |
Həyat yoldaşı | Mariya Tereza |
Ailəsi | Vittelsbax sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general-feldmarşal |
Vikianbarda əlaqəli mediafayllar |
1918-ci il Alman İnqilabından sonra Almaniya İmperiyası dağıldı və Veymar Respublikası yaradıldı. Bu inqilab nəticəsində Alman əyalətlərinin digər monarxiyaları ilə birlikdə Bavariya taxt-tacı ləğv edildi və Vittelsbaxların Bavariya üzərindəki 738 illik hakimiyyətinə son qoyuldu. Sui-qəsdin qurbanı ola biləcəyindən qorxan Lüdviq Macarıstana, Lixtenşteynə, sonra isə İsveçrəyə qaçır. 1920-ci ildə Bavariyaya qayıtdı və Vildenvart qəsrində yaşadı. Lüdviq qısa müddət sonra Macarıstanın Şarvar şəhərindəki malikanəsində qalarkən vəfat etdi.