Heydər Əliyev Sarayı
From Wikipedia, the free encyclopedia
Heydər Əliyev Sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən konsert salonu. Heydər Əliyevin adını daşıyır.[1]
Heydər Əliyev adına saray | |
---|---|
| |
Keçmiş adları | Lenin sarayı, Respublika sarayı |
Ümumi məlumatlar | |
Növü | Konsert zalı |
Memarlıq üslubu | Modern |
Ünvan | Bülbül prospekti 35 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Koordinatlar | 40°22′39″ şm. e. 49°50′29″ ş. u. |
Şərəfinə adlandırılıb | Heydər Əliyev |
Təntənəli açılış tarixi | 1972 |
Bağlanılıb | 2007 |
Dizayn və konstruksiya | |
Memar | Vadim Şulqin, Eduard Melxisedekov, Vitali Faynşteyn |
Veb-sayt | |
heydaraliyevpalace.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Saray istifadəyə veriləndən 1989-cu ilə qədər Respublikanın xalq artisti Kərim Kərimov, 1989-cu ildən 2020-ci ilə qədər Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev, 2020-ci ildən 2022-ci ilə qədər Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. 2022-ci il 17 iyun tarixindən 2023-cü il 25 noyabr tarixinə qədər müvəqqəti olaraq Faiq Mirzəyevə həvalə edilmişdi. 2023-cü il 25 noyabr tarixindən Heydər Əliyev Sarayının direktoru vəzifəsinə İlham Qasımov təyin edilib.[2]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən əsaslı təmirə dayandırılan Heydər Əliyev Sarayı aparılan təmir-bərpa işləri nəticəsində indiki görünüşünə qovuşmuşdur.[3]
Sarayının səhnəsində çıxış edən artistlərin şəkilləri, fotoarxivindən düzəldilmiş fotoqalereyaya daxil olaraq, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat almaq mümkündür. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə nümayiş etdirilir.[4]
Sarayın adı ilk öncə Lenin Sarayı, sonra Respublika Sarayı, 10 mart 2004-cü ildən isə Heydər Əliyev Sarayı olub.[4]
Bütün texniki avadanlıq – səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir işıq və səs texnikası qurulmuşdur.[4]