Heydər Əliyev şəxsiyyətinə pərəstiş
From Wikipedia, the free encyclopedia
Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm[1][2][3]— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş. Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır[4]. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir:
Xalq məni sevir, mən bununla bağlı heç nə edə bilmirəm. Bu yaxınlarda Gəncə Şəhər İcra Hakimi abidəmi icra hakimiyyətinin binası qarşısına qoymaq qərarına gəldi. Mən onu çağırdım, bunu etməməli olduğunu bildirdim. Uzun müddət müqavimət göstərdi. Amma ona dedim: "Bax öldükdən sonra onu qoyarsan…»[4] |
Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur[5] Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi[6][7]. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur.
«Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçir[8]. Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir. Bir publisist və yazıçı olan Seymur Baycan hesab edir ki, Azərbaycanda lideri tanıtmaq cəhdi, digər diktaturalardan heç bir fərqi yoxdur[9].
«Azadlıq» qəzetinin yazdığına görə Avropa oyunlarında Azərbaycanda Heydər Əliyev şəxsiyyətinə pərəstiş xaricilərdən gizlədilməyə çalışılmışdır. Beləki Bakının mərkəzi küçə və prospektlərindən Heydər Əliyevin portretləri sökülmüşdür[10].