Hanza ittifaqı
From Wikipedia, the free encyclopedia
Hanza ittifaqı (o.a.alm.: Hanse/Düdesche Hanse/Hansa, alm. Deutsche Hanse, lat. Hansa Teutonica)[1] — XIV–XVII əsrlərdə Almaniyanın şimalında yerləşən şəhərlər və xarici ölkələrdə yaşayan etnik almanlar tərəfindən yaradılmış tarixi ticari ittifaq. Hanza ittifaqına şəhərlər daxil olmuşdur və onlar bir-birlərinin ticari maraqlarını müdafiə etmək barədə razılığa gəlmişlərdir.