Gilqameş dastanı
From Wikipedia, the free encyclopedia
Gilqameş dastanı — tarixdə ən qədim yazılı dastandır. 12 gil lövhəsi Akkad mixi yazısı ilə yazılmışdır. Gilqameş dastanı Qədim Babilin mədəniyyət abidəsi nümunəsidir. Hammurapi qanunları kimi bu sənət əsəri də Şumer və Babil qarışığından ibarətdir. Uruk kralı Gilqameşin ölümsüzlük axtarışından bəhs edən dastan eyni zamanda Nuh tufanının ən qədim versiyasını də saxlamaqdadır. Gilqameş, ən yaxın dostu Enkidunun ölümündən sonra ölümsüzlüyə çatma səyinin nafilə olduğunu anlamış və tanrı Enlilinin öyüdləriylə insanın ancaq özündən sonra ad qoymaqla ölümsüzlüyə çata biləcəyini qəbul etmişdir.