German-skandinav mifologiyası
From Wikipedia, the free encyclopedia
German-skandinav mifologiyası (Qədim german mifologiyası, Skandinav mifologiyası) — qədim german tayfalarından olan anqlların, saksonların, normanların, danların və digərlərinin e.ə. V əsrdən başlayaraq xristianlığı qəbul etdikləri dövrə kimi formalaşdırdıqları mifologiya.
Bu mifologiyanın əsas mənbəyi əslən islandiyalı nasir Snorri Sturlusona məxsus olan "Böyük Edda" və "Edda" adlı bədii və mənsur əsərlərindəki mətnlərdən qaynaqlanır. Danimarkalı salnaməçi Sakson Qrammatikin yazdığı "Danimarkalıların əməlləri" adlı əsərində də bir sıra müxtəlif mifoloji süjetlər öz əksini tapmışdır. Bu sahəyə dair qiymətli məlumatlara məşhur Roma tarixçisi Tasitin qədim german əsatirləri əsasında yazdığı "Germaniya" əsərində də rast gəlinir.