Gəncə xan sarayı
From Wikipedia, the free encyclopedia
Gəncə xan sarayı — Gəncə şəhərinin tarixi mərkəzində mövcud olmuş tarixi saray kompleksi.
Gəncə xan sarayı | |
---|---|
40°40′45″ şm. e. 46°21′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Aidiyyatı | Gəncə xanlığı |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | Gəncə qalasının işğalından sonra talan edilin və qismən dağıdılıb. 1870-ci illərin əvvəllərində xarabalıqları tamamilə sökülüb. |
Vikianbarda əlaqəli mediafayllar |
Kompleksə bir neçə saray binası, tağlı daş qalereya, daxili həyətlər və fontanlar, o cümlədən köməkçi tikililər daxil idi. Fransız səyyahı, etnoqraf və fotoqrafı Baron de Bay Qafqaza səfəri zamanı Gəncədə olarkən çəkdiyi şəkillərdə sarayın şəkilləri var.[1] Sovet dövründə kompleksin yerində Nizami kinoteatrı inşa edilmişdir. Hal-hazırda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yerləşir.
Gəncə xan sarayı qəsr formalı yaşayış kompleksi olmaqla, bir neçə yaşayış binası, həmçinin, xəritədə “xan tikilisinə aparan tağlı daş qalereya” adlandırılan tağlı tikilidə ibarət olmuşdur. Bu tikili saraya aparan xüsusi qapı və ya dəhliz rolunu oynamışdır.[2] Kompleks daxili həyətlərə və bir neçə fontana malik idi.