Günnüt əməliyyatı
2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. / From Wikipedia, the free encyclopedia
Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə.[1][2][3] Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.[2] Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.[2][4]
Cəld faktlar Tarix, Yeri ...
Günnüt əməliyyatı | |||
---|---|---|---|
Tarix | 20 may 2018 – 27 may 2018 | ||
Yeri | Şərur rayonu, Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan | ||
Nəticəsi |
Azərbaycanın qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Bağla
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov həlak olub.[5]