Gözətçilər (teleserial, 2019)
ABŞ teleserialı / From Wikipedia, the free encyclopedia
Gözətçilər (ing. Watchmen) — Alan Mur və Deyv Qibbonsun eyniadlı "DC Comics" məhdud seriyasının personajlara əsaslanmış ABŞ superqəhrəman teleserialı. Teleserial Deymon Lindelof tərəfindən "HBO" telekanalı üçün yaradılmışdır. Lindelof həmçinin, teleserialın icraedici prodüseri və ssenaristidir.[1] Teleserialın birinci mövsümü doqquz seriyadan ibarətdir.[2] Teleserialda təsvir olunan hadisələr ABŞ-da, alternativ bir müasir reallıqda cərəyan edir. Burada superqəhrəmanlar və maskalı vidjilantelər zorakı tətbiq üsullarına görə qadağan olunublar, ancaq onlardan bəziləri bir araya toplaşaraq inqilab etmək istəyirlər.
Gözətçilər | |
---|---|
ing. Watchmen | |
| |
Janr | |
Əsaslanır | Gözətçilər |
İlk baxış tarixləri | 20 oktyabr 2019 |
Operator | Andrey Parex |
Prodüser |
|
Yaradıcısı | Deymon Lindelof |
Rollarda |
|
Bəstəkar |
|
Montajçı |
|
İstehsalçı ölkə | ABŞ |
İl | 2019 |
Studiya |
|
Dil | ingilis dili |
Rəng | rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 9 |
Seriya vaxtı | 63 dəq. |
Davametmə müddəti | 60 dəq. |
Telekanal | HBO |
IMDb | ID7049682 |
hbo.com/watchmen |
Lindelofa görə, teleserial orijinal materialın birbaşa adaptasiyası yox, daha çox "remiks" edilmiş bir versiyasıdır. Lindelof çalışmışdır ki, orijinal süjet xəttinin gerçəkləşdiyi bir dünyada tamamilə yeni bir hekayə təsvir olunsun.[3] Teleserial həmçinin, müxtəlif nöqteyi-nəzərlərə toxunsun. Teleserialda olacaq və orijinal süjet xəttindən olan personajalara Doktor Menhetten, əvvəlki İpək Kabus və keçmiş qəhrəman Ozimandiya aiddir.[4][5] Teleserialın diqqət mərkəzində Ancela Abar adlı və Gecə bacı ləqəbli bir xəfiyyə var.
Teleserialın ilk epizodu 20 oktyabr 2019-cu il tarixində yayımlanmışdır.[6]