Fridrix Şiller
From Wikipedia, the free encyclopedia
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller; 10 noyabr 1759[1][2][…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[2][3][…] – 9 may 1805[1][2][…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası[2][3]) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi.
Fridrix Şiller | |
---|---|
alm. Johann Christoph Friedrich von Schiller | |
Doğum adı | Johann Christoph Friedrich Schiller |
Doğum tarixi | 10 noyabr 1759(1759-11-10)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 1805(1805-05-09)[1][2][…] (45 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | şair, filosof, tarixçi, kitabxanaçı, həkim-yazıçı[d], dramaturq, roman yazıçısı, universitet müəllimi[d], tərcüməçi, jurnalist, yazıçı, həkim, hərbi həkim[d] |
Fəaliyyət illəri | 1789–1805 |
Əsərlərinin dili | alman dili |
İstiqamət | Fırtına və təzyiq[d], Veymar klassizmi |
Janrlar | ballada, teatr pyesi |
Tanınmış əsərləri | |
Fridrix Şiller Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.