Fransadakı ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Fransada Respublikasında UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısı — Fransa Respublikasında UNESCO-nun Ümumdünya İrs Siyahısında (2017-ci il üçün) 43 obyekt var ki, bu da ümumi sayının 3,7%-ni (2021-ci il üçün 1154) təşkil edir.
39 obyekt mədəni meyarlar üzrə siyahıya salınıb, onlardan 19-u insan dahiliyinin şah əsəri kimi tanınıb (meyar i), 3 təbii meyarlar altında, hər biri müstəsna gözəllik və estetik əhəmiyyətə malik təbiət hadisəsi kimi tanınıb (meyar vii) , və 1 qarışıq xüsusiyyət, həmçinin vii meyarına cavab verir.
Bundan əlavə, 2017-ci ilə qədər Fransada 37 obyekt Ümumdünya İrs Siyahısına daxil olmaq üçün namizədlər sırasındadır.
Fransa Respublikası 27 iyun 1975-ci ildə Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını ratifikasiya etmişdir.
Fransada yerləşən ilk beş obyekt 1979-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 3-cü sessiyasında siyahıya alınmışdır.