Fransa respublikaçı təqvimi
İnqilabçı Fransada 1793–1805-ci illərdə istifadə edilən təqvim / From Wikipedia, the free encyclopedia
Fransa respublikaçı təqvimi və ya İnqilab təqvimi — Böyük Fransa inqilabından sonra 5 oktyabr 1793-cü ildə Milli Konvent tərəfindən verilmiş dekretlə Fransada tətbiq olunmağa başlanılmış təqvim. Fransa respublikaçı təqvimi 1 yanvar 1806-cı ildə Napoleon Bonapart tərəfindən ləğv edilmişdir. Təqvim Jilber Rommun rəhbərliyi altında hazırlanmışdır. Məqsəd dini xristian təqvimini ateist və materialist təqvim yaratmaq olmuşdur.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Təqvimdə Fransa inqilabının birinci ili — 1792-ci il era başlanğıcı elan edilir. Beləliklədə xristianlıqla başlanan era isə ləğv edilmiş olunur. 1792-ci ilin 22 sentyabrından başlayaraq illər hesablanmağa başlanmış olunur. İl hər biri 30 gündən ibarət 12 aya bölünür. Qalıq qalmış 5 ya 6 gün isə sankulotid adlandırılmışdır. Hər bir gün isə təbiət hadisələrinə müvafiq xüsusi adlarla adlandırılmışdır. Ayları isə fransız, yunan və latın söz köklərinin konstruksiyalarından yaranmış adlarla (məsələn: "früktidor" — "bar verən" = lat. fructus — "meyvə, bar" + yun. δῶρον — "vergi") adlandırılmışdır.