Fransa Hərbi Hava Qüvvələri
From Wikipedia, the free encyclopedia
Fransa Hərbi Hava Qüvvələri (fr. Armée de l'air) Fransa Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İlk olaraq 1909-cu ildə Fransa Ordusunun tərkib hissəsi olaraq fəaliyyətə başlasa da, 1934-cü ildən etibarən birbaşa Silahlı Qüvvələrə tabe olan müstəqil qurum kimi fəaliyyətini davam etdirir. Fransa Müdafiə Nazirliyinin 2014-cü ildə verdiyi məlumata görə hərbi hava qüvvələrində olan müxtəlif növ uçuş aparatlarının (təyyarə və helikopter) ümumi sayı 658 ədəddir.[2][3] Fransa HHQ-də 241 ədəd döyüş təyyarəsi silahlanmaya daxildir ki, bunun da 133 ədədi Dassault Miraj 2000 və 108 ədədi isə Dassault Rafale qırıcılarıdır. 2017-ci ilə olan məlumata əsasən Fransa Hərbi Hava Qüvvələrində 41,160 nəfər xidmət edir. Ehtiyat qüvvələrin sayı isə 5,187 nəfərdən ibarətdir.[4]
Fransa Hərbi Hava Qüvvələri | |
---|---|
Armée de l'Air | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 2 iyul 1934 (müstəqil qurum olaraq) - günümüzə |
Ölkə | Fransa |
Tabedir | Fransa Silahlı Qüvvələri |
Daxildir | Fransa Silahlı Qüvvələri |
Sayı | 41,160 nəfər (2017)[1] |
Müharibələr |
Birinci dünya müharibəsi İkinci dünya müharibəsi Birinci Hindçin müharibəsi Əlcəzair İstiqlaliyyət müharibəsi Körfəz müharibəsi Kosovo müharibəsi Terrorizmlə mübarizə |
Döyüşlər | |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | Ordu generalı Andre Lanata |
defense.gouv.fr/air |