Fransa-Osmanlı İttifaqı
Fransa Krallığı ilə Osmanlı imperiyası arasında Habsburqlara qarşı birgə ittifaq / From Wikipedia, the free encyclopedia
Fransa-Osmanlı İttifaqı və ya Franko-türk alyansı — 1528-ci ildə I Fransisk və Sultan Süleyman Qanuni tərəfindən Habsburqlu V Karlın gücünü zəiflətmək üçün qarşılıqlı maraq əsasında bağlanmış ittifaq.[1] Bu ittifaqın bəhanəsi “Osmanlı imperiyasının xristian təbəələrinin müdafiəsi” idi. Bu “Heraldik zanbaqla aypara ittifaqı” Avropada böyük səs-küyə səbəb oldu. “Kafir” türklərə qarşı birgə “səlib yürüşləri” ideyalarının hələ də havada olduğu Xristian Avropasında bu ittifaq uzun müddət xatırlanmadı. Əslində isə müqavilə üç əsrdən artıq qüvvədə qaldı.
Fransa-Osmanlı İttifaqı | |
---|---|
Hazırlanma tarixi | 1527 |
İmzalanma tarixi | 1528 |
İmzalanma yeri | İstanbul, Paris |
Qüvvəyə minməsi | |
• şərtləri | V Karla qarşı birgə mübarizə |
Qüvvədən düşməsi | 1798 |
İmzalayanlar | I Fransisk, Sultan Süleyman Qanuni |
Tərəflər |
Osmanlı imperiyası Fransa krallığı |
Dili | osmanlı türkcəsi |
1553-cü ildə Fransa-Osmanlı ittifaqı, Fransa kralı II Henrinin dövründə ən yüksək inkişaf mərhələsində oldu. Karl Yakob Burhardt (1947) bu ittifaqı "zanbaqlarla aypara arasında günah dolu birləşmə" kimi təsvir etmişdir. Alyansın rəsmi müqaviləsi Napoleonun Misirə yürüşü (1798) zamanı qüvvədən düşdü.