Fransız dili (le français, la langue française) — fransızların, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransızdilli əhalisinin danışıq dili.
Fransanın və bir sıra ölkələrin rəsmi dili. Həmçinin Fransızca Birləşmiş Millətlər Təşkilatında istifadə olunan altı rəsmi dildən biridir[1]. Digər dillərdə yerli olaraq danışan avropalıların təxminən beşdə biri ikinci bir dil olaraq Fransızca danışırlar[2].