Françesko Toldo
From Wikipedia, the free encyclopedia
Françesko Toldo (it. Francesco Toldo; 2 dekabr 1971[1][2], Padova, Veneto) İtaliyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Əsasən "Fiorentina" və "İnter" klublarında oynaması ilə tanınır. O, ümumilikdə 17 mövsüm (8 "Fiorentina" və 9 "İnter") oynayıb və 15 kubok qazanıb.
Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Françesko Toldo | |
---|---|
it. Francesco Toldo | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1971(1971-12-02)[1][2] (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 196 sm |
Çəkisi | 90 kq |
Mövqeyi | qapıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
İtaliya milli komandasının qapıçısı kimi o, beş turnirdə çıxış edib. İtaliya millisinin gümüş medalçılara çevrildiyi 2000 Avropa çempionatında milli komandanın bir nömrəsi kimi məşhurlaşıb.[3]
O, futbol tənqidçiləri tərəfindən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İtaliya və dünya futbolunun ən yaxşı qapıçılarından biri kimi qiymətləndirilib.[4]