Fovo boğazı
From Wikipedia, the free encyclopedia
Fovo boğazı (ing. Foveaux Strait ,mao. Te Ara a Kiwa). Yeni Zelandiya adalarına aid olan Styuart və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Boğazın şimal hissəsində üç buxta var: Te Uaceuae, Oreti Biç, Taumauc-Bey. Burada iri olmayan Bloff qəsəbəsi yerləşir. Boğazda Solender, Puapuke və Styuarart adaları vardır. Uzunluğu 130 km olaraq Puapuke adası ilə Styuart adası arasında yerləşir. Eni isə 14 – 50 km arası dəyişir. Ən dərin yeri 120 m-dir. Suyun istiqaməti qərbdən şərqədir. Axınların gücü 3 dəniz milinə çatır. Dənizdə güclü dalğalar və tufanlar baş verir. Boğaz kontinental şelf sərhədində yerləşir.
Cəld faktlar Ümumi məlumatlar, Eni ...
Fovo boğazı | |
---|---|
ing. Fovearux Strait,mao. Te Ara a Kiwa | |
| |
Ümumi məlumatlar | |
Eni | 14 km |
Uzunluğu | 130 km |
Ən böyük dərinliyi | 120 m |
Yerləşməsi | |
46°38′55″ c. e. 167°50′39″ ş. u. | |
Ölkə | Yeni Zelandiya |
Akvatoriyası | |
Ayırır | Styoart adasını Cənub adasından |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla