Finlandiya vətəndaş müharibəsi
From Wikipedia, the free encyclopedia
Finlandiya vətəndaş müharibəsi [lower-alpha 1] — Finlandiyada Finlandiya knyazlığından müstəqil dövlətə keçid mərhələsi ərzində ölkədəki hakimiyyəti ələ almaq üçün 1918-ci ildə başlayan vətəndaş müharibəsidir. Toqquşmalar Avropada Birinci Dünya müharibəsindən (Şərq cəbhəsi) sonra yaranan milli, siyasi və sosial qarışıqlıq zəminində baş vermişdir. Müharibədə Sosial Demokrat Partiyasının bir qolu tərəfindən idarə olunan Qırmızılar və konservativ əsaslı Senat və Almaniya İmperiyası tərəfindən idarə olunan Ağlar döyüşmüşdür. Sənaye və təsərrüfat işçilərindən ibarət yarımhərbi Qırmızı Qvardiya cənubi Finlandiyanın şəhər və sənaye mərkəzlərini idarə edərkən, fermerlərdən, orta və nisbətən üst sinif təbəqədən təşkil edilən yarımhərbi Ağ Qvardiya kənd mərkəzlərinə və şimali Finlandiyaya nəzarət edirdi.
Finlandiya vətəndaş müharibəsi | |||
---|---|---|---|
Birinci Dünya müharibəsi və İnqilablar (1917-1923) | |||
Tarix |
27 yanvar – 15 may 1918 (3 ay, 2 həftə və 4 gün) |
||
Yeri | Finlandiya | ||
Nəticəsi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Münaqişədən əvvəl Finlandiya cəmiyyətində əhalinin sürətli təbii artımı, sənayeləşdirmə, şəhərləşmə və hərtərəfli işçi hərəkatının yüksəlişi qeydə alınmışdı. Ölkənin siyasi və hökumət sistemləri demokratikləşmə və modernləşmənin qeyri-sabit mərhələsində idilər. Ölkədəki sosio-iqtisadi durum və əhalisinin təhsil səviyyəsindən başqa, milli düşüncə də zamanla inkişaf etdi, mədəni həyatda oyanış yaşandı.
Finlandiyada iqtidar boşluğuna səbəb olan Birinci Dünya müharibəsi Rusiya İmperiyasını çöküşə aparmış və ardınca hakimiyyət mübarizəsi üçün militarizasiyanı və sol yönümlü işçi hərəkatı ilə mühafizəkarlar arasında artan krizi özüylə gətirmişdi. Sovet Rusiyası tərəfindən silahlandırılan Qırmızılar 1918-ci ilin fevralında uğursuz ümumi hücum təşkil etmişdi. Apreldə Almaniya İmperiyasının dəstək qüvvələriylə güclənən Ağlar martda əks hücuma başladı. Müharibənin taleyini həll edən Vıborq (fin Viipuri; isv. Viborg) və Tampere döyüşləri Ağlar və almanların Ağların ümumi qələbəsini gətirən Lahti və Helsinki döyüşləri Almaniya qoşunlarının qələbəsi ilə nəticələnmişdi. Siyasi zorakılıq bu müharibənin bir hissəsi olmuşdu. Təxminən 12500 Qırmızı məhbus düşərgələrdəki xəstəlik və yetərsiz qidalanma səbəbiylə dünyasını dəyişmişdi. 36000-i finlər olan 39000 nəfər münaqişədə həlak olmuşdu.
Nəticədə, finlər Rusiya idarəçiliyindən çıxaraq, Almaniyaya tabe Finlandiya monarxiyası qurmaq üçün Almaniyanın təsiri altına düşdülər. Bu plan Birinci Dünya müharibəsində Almaniyanın məğlub edilməsindən dolayı baş tutmadı, əvəzində Finlandiya müstəqil, demokratik bir dövlətə çevrildi. Vətəndaş müharibəsi onillər ərzində xalqı müxtəlif qütblərə ayırmışdı. Finlandiya cəmiyyəti uzun müddətli mülayim siyasi mədəniyyətə əsaslanan sosial kompromislər, din və müharibə sonrası iqtisadi yaxşılaşma vasitəsi ilə yenidən birləşdi.