Fətəli şah Qacar
From Wikipedia, the free encyclopedia
Fətəli şah Qacar (1771[1], Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Fətəli şah Qacar | |
---|---|
Fətəli şah ibn Hüseynqulu xan Qovanlı-Qacar فتحعلىشاه قاجار | |
17 iyun 1797 – 23 oktyabr 1834 (ləqəbi: Şahənşah Xaqan) | |
Əvvəlki | Ağa Məhəmməd şah Qacar |
Sonrakı | Məhəmməd şah Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Damğan, Qacarlar dövləti |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | İsfahan, Qacarlar dövləti |
Dəfn yeri | Fatimə-i Məsumə Türbəsi |
Fəaliyyəti | siyasətçi |
Atası | Hüseynqulu xan Qovanlı-Qacar |
Anası | Ağabacı |
Həyat yoldaşları | Tovuz xanım, Xeyrülnisə xanım |
Uşaqları | Məhəmmədəli mirzə Qovanlı-Qacar, Abbas Mirzə, Şahbəyim xanım |
Ailəsi | Qacarlar |
Dini | Şiə (İslam) |
Rütbəsi | Marşal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |