Ermənistan inqilabı (2018)
From Wikipedia, the free encyclopedia
2018-ci il Ermənistan inqilabı (erm. 2018 թվականի հեղափոխություն Հայաստանում), xalq arasında "Serji rədd et" (erm. Մերժիր Սերժին, translit. Merjir Serjin) və ya Paşinyan tərəfindən Məxməri inqilab[27] (erm. Թավշյա հեղափոխություն)[28] — 12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası.
Ermənistan inqilabı | |||
---|---|---|---|
| |||
Tarix | 12 aprel – 8 may 2018 (26 gün) | ||
Yeri |
Ermənistan: İrəvan, Gümrü, Qarakilsə, Ellər, Göyçə, Qəmərli, Sərdarabad, Əştərək, Üçkilsə, Qafan Erməni diasporu: Qlendeyl,[1] Moskva,[2] Marsel,[3] Toronto, Monreal, Vankuver,[4], Afina, London, Berlin, Buenos-Ayres, Çikaqo, San-Paulu [5] |
||
Səbəbi |
|
||
Nəticəsi |
İlk olaraq: Serj Sarkisyanın istefa verməsi.[7] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
23 aprel 2018-ci il tarixində Serj Sarkisyan "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm" deyərək istefa verdi.[29][30][31] Hadisə, digər postsovet ölkələrindəki inqilablardan fərqli olaraq bir qədər sakit keçdi.[32][33][34] İrəvan şəhərindəki etirazçılar bu xəbəri bayram kimi qarşılayıblar.[35] Ermənistanda baş nazir postuna olan ilk seçkilər 1 may 2018-ci il tarixində keçirilmişdir.[36][37]
Ermənistanın baş nazirlik postuna olan ikinci seçkilər 8 may 2018-ci il tarixində keçirilmişdir. Seçkilərin nəticəsində keçmiş millət vəkili Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri vəzifəsinə seçilmişdir. Onu deputatların 59-u Paşinyanın lehinə, 42-i isə əleyhinə səs vermişdir.[38][39]