Ermənistan–Azərbaycan müharibəsi (1918–1920) zamanı etnik təmizləmələr və qırğınlar
From Wikipedia, the free encyclopedia
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur .