Eri gölü
From Wikipedia, the free encyclopedia
Eri gölü (ing. Erie [ˈɪri], fr. Érié) — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göldür. 25 700 km² sahəyə malik olaraq, Göllərin dünyada sahəsinə görə sıralamasında 11-ci yeri tutur. Gölün qərb-cənun-qərb, şərq-şimal-şərq istiqamətində eni 388 kmdən 98 km qədərdir. Gölün sahillərində Miçiqan, Ohayo, Pensilvaniya və Nyu-York ştatları yerləşir.
Eri gölü | |
---|---|
ing. Erie | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 174 m |
Eni | 92 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 1370 km |
Sahəsi | 25,7 min. |
Həcmi | 480 km³ |
Dərin yeri | 64 m |
Orta dərinliyi | 19 m |
Yerləşməsi | |
42°09′03″ şm. e. 81°22′16″ q. u. | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün cənub-qərbində çoxlu ssayda adalar vardır. Suyun temperaturu qışda 0—2 °S, yayda isə 24 °S təşkil edir. Göl dekabrdan mart ayına qədər don olur. Gölə Detroyt, Qrand, Reyzin, Huron, Momi, Sandaski və Kuyahoqa çayları axır. Göldən Niaqara çayı başlayır və Ontario gölünə tökülür. Gölün sahilində Eri, Port-Stenli, Tolido, Monro və Klivlend şəhərləri vardır. Gölün adı erielhonan qəbilələrinin dilində "uzun quyruq" mənasını verir (Puma).